Surah 90 · 20 verses · Alikhan Musayev

Surah Al-Balad in Azerbaijani

In English with tafsir

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

90:1

لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ

And içirəm bu şəhərə (Məkkəyə)

90:2

وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ

Sən də o şəhərin sakinisən

90:3

وَوَالِدٍ وَمَا وَلَدَ

And olsun valideynə və onun törəməsinə

90:4

لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِي كَبَدٍ

Biz insanı çətinlik içində xəlq etdik

90:5

أَيَحۡسَبُ أَن لَّن يَقۡدِرَ عَلَيۡهِ أَحَدٌ

O, heç kəsin ona gücü çatmayacağınımı güman edir

90:6

يَقُولُ أَهۡلَكۡتُ مَالًا لُّبَدًا

O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”

90:7

أَيَحۡسَبُ أَن لَّمۡ يَرَهُۥٓ أَحَدٌ

O, heç kəsin onu görməyəcəyinimi zənn edir

90:8

أَلَمۡ نَجۡعَل لَّهُۥ عَيۡنَيۡنِ

Məgər ona iki gözü Biz verməmişikmi

90:9

وَلِسَانًا وَشَفَتَيۡنِ

Bir dillə iki dodaq verməmişikmi

90:10

وَهَدَيۡنَٰهُ ٱلنَّجۡدَيۡنِ

Onu iki yoxuşlu yola yönəltmədikmi

90:11

فَلَا ٱقۡتَحَمَ ٱلۡعَقَبَةَ

O isə sərt yoxuşu aşmağa can atmadı

90:12

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡعَقَبَةُ

Sən nə bilirsən ki, sərt yoxuş nədir

90:13

فَكُّ رَقَبَةٍ

O, bir kölə azad etməkdir

90:14

أَوۡ إِطۡعَٰمٌ فِي يَوۡمٍ ذِي مَسۡغَبَةٍ

və ya aclıq günündə möhtaca yemək verməkdir –

90:15

يَتِيمًا ذَا مَقۡرَبَةٍ

qohumluq əlaqəsi çatan bir yetimə

90:16

أَوۡ مِسۡكِينًا ذَا مَتۡرَبَةٍ

yaxud aclıqdan yerə uzanmış kasıba

90:17

ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ

Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır

90:18

أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ

Onlar sağ tərəf sahibləridir

90:19

وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا هُمۡ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ

Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir

90:20

عَلَيۡهِمۡ نَارٌ مُّؤۡصَدَةُۢ

Od onların üzərində qapanacaqdır

Translation: Alikhan Musayev.