Surah 93 · 11 verses · Alikhan Musayev

Surah Ad-Duha in Azerbaijani

In English with tafsir

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

93:1

وَٱلضُّحَىٰ

And olsun səhərə

93:2

وَٱلَّيۡلِ إِذَا سَجَىٰ

And olsun sakitləşən gecəyə

93:3

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ

Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu

93:4

وَلَلۡأٓخِرَةُ خَيۡرٌ لَّكَ مِنَ ٱلۡأُولَىٰ

Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir

93:5

وَلَسَوۡفَ يُعۡطِيكَ رَبُّكَ فَتَرۡضَىٰٓ

Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan

93:6

أَلَمۡ يَجِدۡكَ يَتِيمًا فَـَٔاوَىٰ

Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi

93:7

وَوَجَدَكَ ضَآلًّا فَهَدَىٰ

Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi

93:8

وَوَجَدَكَ عَآئِلًا فَأَغۡنَىٰ

Kasıb olduğun zaman səni varlandırmadımı

93:9

فَأَمَّا ٱلۡيَتِيمَ فَلَا تَقۡهَرۡ

Elə isə yetimə xor baxma

93:10

وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنۡهَرۡ

Səndən kömək diləyəni qovma

93:11

وَأَمَّا بِنِعۡمَةِ رَبِّكَ فَحَدِّثۡ

Və Rəbbinin nemətindən danış

Translation: Alikhan Musayev.