Surah 104 · 9 verses · Alikhan Musayev
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَيۡلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ
Hər bir qeybət edənin, tənə vuranın vay halına
ٱلَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُۥ
O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır
يَحۡسَبُ أَنَّ مَالَهُۥٓ أَخۡلَدَهُۥ
və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır
كـَلَّاۖ لَيُنۢبَذَنَّ فِي ٱلۡحُطَمَةِ
Xeyr! O, mütləq Hutəməyə atılacaqdır
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحُطَمَةُ
Sən haradan biləsən ki, Hutəmə nədir
نَارُ ٱللَّهِ ٱلۡمُوقَدَةُ
Bu, Allahın qaladığı Oddur
ٱلَّتِي تَطَّلِعُ عَلَى ٱلۡأَفۡـِٔدَةِ
O Od ki, qalxıb ürəklərə çatacaq
إِنَّهَا عَلَيۡهِم مُّؤۡصَدَةٌ
Həqiqətən, o Od onların üzərində qapanacaqdır
فِي عَمَدٍ مُّمَدَّدَةِۭ
Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar
Translation: Alikhan Musayev.