بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
87:1سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى
Ən Uca Rəbbinin adına təriflər de
87:2ٱلَّذِي خَلَقَ فَسَوَّىٰ
O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi
87:3وَٱلَّذِي قَدَّرَ فَهَدَىٰ
O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi
87:4وَٱلَّذِيٓ أَخۡرَجَ ٱلۡمَرۡعَىٰ
O Rəbbin ki, otlağı cücərtdi
87:5فَجَعَلَهُۥ غُثَآءً أَحۡوَىٰ
sonra da qaralmış samana çevirdi
87:6سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰٓ
Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq
87:7إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ
Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır
87:8وَنُيَسِّرُكَ لِلۡيُسۡرَىٰ
Səni ən asan olana müvəffəq edərik
87:9فَذَكِّرۡ إِن نَّفَعَتِ ٱلذِّكۡرَىٰ
Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat
87:10سَيَذَّكَّرُ مَن يَخۡشَىٰ
Allahdan qorxanlar öyüd-nəsihət götürərlər
87:11وَيَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى
Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar
87:12ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ
O kimsə ki, Cəhənnəmə atılacaq
87:13ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ
O orada nə öləcək, nə də yaşaya biləcəkdir
87:14قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ
Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır
87:15وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ
O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır
87:16بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz
87:17وَٱلۡأٓخِرَةُ خَيۡرٌ وَأَبۡقَىٰٓ
Axirət isə daha xeyirli və daha sürəklidir
87:18إِنَّ هَٰذَا لَفِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ
Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –
87:19صُحُفِ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ
İbrahimin və Musanın səhifələrində
Translation: Alikhan Musayev.