بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
88:1هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ
Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı
88:2وُجُوهٌ يَوۡمَئِذٍ خَٰشِعَةٌ
O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək
88:3عَامِلَةٌ نَّاصِبَةٌ
üzülüb əldən düşəcək
88:4تَصۡلَىٰ نَارًا حَامِيَةً
çox qızmar oda girəcək
88:5تُسۡقَىٰ مِنۡ عَيۡنٍ ءَانِيَةٍ
qaynar çeşmədən içirdiləcəkdir
88:6لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ
Onlara daridən başqa bir yemək verilməyəcəkdir
88:7لَّا يُسۡمِنُ وَلَا يُغۡنِي مِن جُوعٍ
O onları nə doydurar, nə də aclıqdan xilas edər
88:8وُجُوهٌ يَوۡمَئِذٍ نَّاعِمَةٌ
O gün neçəsinin üzündə fərəh görünəcək
88:9لِّسَعۡيِهَا رَاضِيَةٌ
dünyadakı səylərindən məmnun qalacaq
88:10فِي جَنَّةٍ عَالِيَةٍ
uca Cənnətdə olacaq
88:11لَّا تَسۡمَعُ فِيهَا لَٰغِيَةً
orada faydasız söz eşitməyəcəkdir
88:12فِيهَا عَيۡنٌ جَارِيَةٌ
Orada axar çeşmələr vardır
88:13فِيهَا سُرُرٌ مَّرۡفُوعَةٌ
Orada hündür taxtlar
88:14وَأَكۡوَابٌ مَّوۡضُوعَةٌ
düzülmüş piyalələr
88:15وَنَمَارِقُ مَصۡفُوفَةٌ
yan-yana qoyulmuş yastıqlar
88:16وَزَرَابِيُّ مَبۡثُوثَةٌ
və döşəmələrə sərilmiş xalçalar vardır
88:17أَفَلَا يَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَيۡفَ خُلِقَتۡ
Məgər onlar dəvənin necə yaradıldığını görmürlər
88:18وَإِلَى ٱلسَّمَآءِ كَيۡفَ رُفِعَتۡ
Göyün necə yüksəldiyini görmürlər
88:19وَإِلَى ٱلۡجِبَالِ كَيۡفَ نُصِبَتۡ
Dağların necə sancıldığını görmürlər
88:20وَإِلَى ٱلۡأَرۡضِ كَيۡفَ سُطِحَتۡ
Yerin necə döşədildiyini görmürlər
88:21فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٌ
Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən
88:22لَّسۡتَ عَلَيۡهِم بِمُصَيۡطِرٍ
Sən onların üstündə hökmdar deyilsən
88:23إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ
Lakin üz döndərib küfr edəni
88:24فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ
Allah ən şiddətli əzabla cəzalandırar
88:25إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ
Şübhəsiz ki, onların dönüşü Bizədir
88:26ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم
Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir
Translation: Alikhan Musayev.